“Zaqatala”nı təhlil etmişdik. Aqressiv və dinamik komanda olduğunu bilirdik. Bütün tapşırıqları istədiyim səviyyədə yerinə yetirdiklərinə görə futbolçularıma təşəkkür edirəm”.
Bu sözləri Birinci Liqanın lideri “Şahdağ Qusar” futbol komandasının baş məşqçisi Füzuli Məmmədov dördüncü tur çərçivəsində “Zaqatala” üzərində qazanılan 6:0 hesablı darmadağınla bağlı açıqlamasında deyib.
Mütəxəssis futbolçularının meydandakı intizamını və düzgün yanaşmasını xüsusi vurğulayıb.
“Oyunçularım meydanda xarakter göstərdilər, əvvəldən sona qədər oyun planına sadiq qaldılar. Düzgün yanaşma sayəsində böyükhesablı qələbə qazandıq. Amma bütün hallarda, 'Zaqatala' zəif komanda deyil. Onlara uğurlar arzulayıram. Qələbəni azarkeşlərimizə həsr edirəm”, - deyə o fanat.az-a qeyd edib.
