Rəhim Sadıqov “Turan Tovuz”dan gedə bilər

7 Oktyabr 2026 14:31
107
Rəhim Sadıqov “Turan Tovuz”dan gedə bilər

Azərbaycanın futbol üzrə milli komandasının üzvü Rəhim Sadıqov “Turan Tovuz”dan ayrıla bilər.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu hazırkı klubunda daha az oynadığı üçün bu addımı atmağı planlaşdırır.

Sadıqovun xidmətində Premyer Liqadan bir klub maraqlıdır. Amma bununla yanaşı, onun Rusiyaya geri qayıtmaq ehtimalı da az deyil.

Belə ki, futbolçu Rusiya Premyer Liqasında yarışan klublardan birinin maraq dairəsindədir. Belə ki, “Akron”(Tolyatti) Rəhimlə maraqlanır.

Təcrübəli futbolçunun hansı addımı atacağı qışda, ən pis halda isə mövsümün sonunda dəqiqləşəcək. Rəhimin “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

İdman.Biz