“Səbail” futbol komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə “1+1” illik müqavilə bağlanıb.
Qeyd edək ki, Mbup Babakarın son klubu Serbiya Superliqasında çıxış edən “Radniçki” olub.
