Sefas qayıdır, Cəfərquliyevin dönüşü isə bəlli deyil - “Qarabağ”dan İDMAN.BİZ-ə AÇIQLAMA

7 Oktyabr 2026 11:30
107
Sefas qayıdır, Cəfərquliyevin dönüşü isə bəlli deyil - “Qarabağ”dan İDMAN.BİZ-ə AÇIQLAMA

“Qarabağ” futbol klubunun zədəli futbolçularının son durumu açıqlanıb.

Bu barədə İdman.Biz-ə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Renaldo Sefas MRT müayinəsindən keçib və nəticələrdə əhəmiyyətli dəyişiklik aşkarlanmayıb.

26 yaşlı yarımmüdafiəçi 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

O, Yamayka millisinin heyətində zədələnib. Sefas KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.

“Köhlən atlar”ın hazırda zədəli olan digər futbolçusu isə Elvin Cəfərquliyevdir. Cinah müdafiəçisinin yaşıl meydanlara nə vaxt qayıdacağı qeyri-müəyyəndir.

Qeyd edək ki, Elvin Cəfərquliyev sentyabrın əvvəlində zədəsi səbəbindən əməliyyat olunub. O, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib. Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.

İdman.Biz