“Zirə” qalib gəlib, “Qarabağ” "Sabah"ı darmadağın edib - VİDEO

Xəbərlər
30 Yanvar 2024 20:58
678
“Zirə” qalib gəlib, “Qarabağ” "Sabah"ı darmadağın edib - VİDEO

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç baş tutub.

Günün hər iki qarşılaşması Bakıda keçirilib. “Səbail” öz meydanında “Zirə”yə uduzub. Oyunun birinci hissəsində hesab açılmasa da, fasilədən sonra qapılara 3 qol vurub. 2:1 hesabı ilə qalib gələn "Zirə" cavab matçından əvvəl böyük üstünlük qazanıb.

"Qarabağ"ı artıq yarımfinalçı hesab etmək olar. “Sabah”ın qonağı olan Ağdam klubu rəqibini darmadağın edib. 7:1 hesabı qalib gələn Qurban Qurbanovun yetirmələrinin cavab matçında bu üstünlüyü əldən verəcəyi real deyil. Olavio Juninyo və Abdullah Zubir hərəyə iki dəfə fərqləniblər.

Qeyd edək ki, ilk oyunlara sabah yekun vurulacaq.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

30 yanvar (çərşənbə axşamı)

15:00. “Səbail” – “Zirə” - 1:2
Qollar:
Aleksandr Ramalinqom, 70 - Anas Najah, 48 (öz qapısına), Ruan Renato, 59
Baş hakim: İnqilab Məmmədov
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli
Baş məşqçi: Rəşad Sadıqov
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ” - 1:7
Qollar:
Cesse Sekidika, 63 - Hamidu Keyta, 21. Olavio Juninyo, 28; 55. Nəriman Axundzadə, 45+3. Abdullah Zubir, 77; 90+3. Adama Diakabi, 87
Baş hakim: Elçin Məsiyev
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Bank Respublika Arena”

İdman.biz