Renat Şahruddinə qalib gəlib

Xəbərlər
27 Yanvar 2024 22:08
298
Renat Şahruddinə qalib gəlib

Türkiyə Superliqasının 23-cü turu Azərbaycan futbolçuları üçün əlamətdar olub.

İdman.biz xəbər verir ki, yığmanın iki futbolçusu qardaş ölkədə üz-üzə gəlib.

Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu “Adana Dəmirspor” öz meydanın Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u qəbul edib. Oyunun taleyini bir qol həll edib. Portuqaliyalı tanınmış futbolçu Naninin avtoqolu Renatın komandasın 3 xal qazandırıb. Hər iki futbolçumuz ilk dəqiqələrdən meydanda olub. Şahruddin 90 dəqiqə mübarizə aparsa da, Dadaşov 68-ci dəqiqədə əvəzlənib. Renat 48-ci dəqiqədə sarı vərəqə alması ilə yadda qalıb.

Qeyd edək ki, “Hatayspor” 10 oyunluq qələbəsiz seriyaya son qoyub. “Adana Demirspor” isə dalbadal 6-cı matçda 3 xal qazana bilməyib.

İdman.biz