“Şimal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Bakı klubu Kot-d’İvuarın “Sirocco FC” komandasında çıxış etmiş 19 yaşlı hücumçu Gbery Joel ilə müqavilə imzalayıb.
Kot-d’İvuarlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.
Joel yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.
