AFFA hakimləri təhqir edənləri cəzalandırıb

Xəbərlər
25 Yanvar 2024 15:54
196
AFFA hakimləri təhqir edənləri cəzalandırıb

AFFA Region Liqasında hakimləri təhqir edən şəxslər İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

İdman.biz xəbər verir ki, “Ərgünəş” (Füzuli) - “Mil” (Beyləqan) qarşılaşmasının 35-ci dəqiqəsində hakimi təhqir edən meydan sahiblərinin rəsmisi Atəm Ağayev 5 oyun cəzalanıb.

“Araz” (İmişli) – “Ümid” FK (Saatlı) oyununda qonaqların futbolçusu Nurlan İsayev təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 matçlıq cəza alıb. “Hacıqabul” FK – “Olimpiya” FK (Ağcabədi) görüşündə qonaqların baş məşqçisi Namiq Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

Veteran Tankçılar "Gəncə" - “Bərdə” FK matçında meydan sahibləri əvəzetmə limitini pozub. Gəncəlilərə xəbərdarlıq edilib.

İdman.biz

Məqalədə: