“Xankəndi” futbol klubunun məşqçilər korpusuna yeni təyinat

6 Sentyabr 2026 13:37
24
“Xankəndi” futbol klubunun məşqçilər korpusuna yeni təyinat

“Xankəndi” futbol klubunun məşqçilər korpusuna yeni təyinat gerçəkləşib.

İdman.Biz xəbər verir ki, Ruzi Qiyaslı komandada qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Tərəflər arasında birillik müqavilə imzalanıb.

Qiyaslı futbolçu karyerasında qapıçı mövqeyində çıxış edib. O, “Neftçi”nin, daha sonra “Kəpəz”in formasını geyinib.

Mütəxəssis məşqçilik fəaliyyətini də qapıçılarla iş üzrə davam etdirib. “Qarabağ”ın futbol akademiyasının qapıçı məşqçiləri sırasında yer alıb. Akademiyada qapıçılar üzrə koordinator Sahil Kərimovun rəhbərliyi altında çalışan məşqçilər korpusuna Qiyaslı ilə yanaşı Emin Kazımov, Həsən Hüseynov və Əli Həsənli də daxil olub.

Beləliklə, “Xankəndi” qapıçılarla iş üzrə həm futbolçu, həm də akademiya təcrübəsinə malik mütəxəssislə güclənib.

İdman.Biz