Azərbaycanın futbol üzrə Birinci Liqasında ilk turun oyunları davam edir.
İdman.Biz xəbər verir ki, tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Eyni saatda başlayacaq görüşlərdə “Şimal” “Gəncəbasar”ı, “Mingəçevir” isə “Zaqatala”nı qəbul edəcək.
Birinci Liqa, birinci tur
4 sentyabr
17:00. “Şimal” - “Gəncəbasar”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Mingəçevir” - “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança)
Xatırladaq ki, turun dünən baş tutan matçlarında MOİK “Şahdağ Qusar”a 0:1 hesabı ilə məğlub olub. “Baku Sportinq” “Karvan-Yevlax” qarşısında 0:3 hesabı ilə uduzub, “Xankəndi” - “Səbail” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
