AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub

31 Avqust 2026 17:06
99
AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub

AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA tərəfindən Stadion İnspektoru vəzifəsinə təyin olunub.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu vəzifə çərçivəsində Sabir İsmayılov Avropa klub yarışlarının oyunlarından əvvəl stadionların UEFA-nın müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayacaq.

Yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, həmçinin oyunların təhlükəsiz və fasiləsiz keçirilməsi üçün zəruri infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.

İdman.Biz
Məqalədə: