“Qəbələ” futbol klubu bu gün baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.
İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın yeni çalışdırıcısı Elmar Baxşıyev olacaq.
Son anda bir dəyişiklik olmasa, 46 yaşlı mütəxəssis sabiq klubuna qayıdacaq.
E.Baxşıyev daha əvvəl 2019-2024-cü illər arasında “Qəbələ”ni çalışdırıb. O, bölgə təmsilçisinə 2023-cü ildə Azərbaycan Kubokunu qazandırıb.
