Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə futbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, bölgə klubu İlham Hüseynovu heyətinə cəlb edib.
21 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.

Gəncə futbol məktəbinin yetirməsi olan futbolçu son olaraq “Qaradağ Lökbatan”ın şərəfini qoruyub.
Qeyd edək ki, Birinci Liqada çıxış edən “Cəbrayıl” klubunun sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.
