Misli Premyer Liqasının üçüncü turunda keçirilən “Kəpəz” - “Turan Tovuz” görüşü mövsümün yeni tamaşaçı rekordu ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, yenilənmiş Gəncə şəhər stadionunda baş tutan qarşılaşmanı 13 500 azarkeş izləyib.
Bu göstərici cari mövsümdə Misli Premyer Liqası oyunları üçün qeydə alınan ən yüksək tamaşaçı sayı olub.
Qeyd edək ki, matç “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
