Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.
İdman.Biz xəbər verir ki, 29 yaşlı futbolçu Polşa çempionatının VI turunda "Yagelloniya"ya qarşı keçirilən ev oyununda fərqlənib.
Emreli görüşün 23-cü dəqiqəsində hesabı açaraq komandasını önə keçirib - 1:0. Lakin daha sonra qonaqlar iki dəfə fərqlənərək hesabı öz xeyirlərinə dəyişiblər - 2:1.
Matç davam edir.
Qeyd edək ki, Mahir Emreli 2026-cı il iyulun 17-də "Rakuv"a keçib. Bu, azərbaycanlı hücumçunun yeni klubunun heyətində vurduğu beşinci qol olub.
