"Xankəndi" kanadalı futbolçu transfer edib

30 Avqust 2026 17:34
120
"Xankəndi" kanadalı futbolçu transfer edib

"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, I Liqa təmsilçisi kanadalı yarımmüdafiəçi Emmanuel Lourenslə müqavilə imzalayıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı futbolçu ilə anlaşma bir il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, "Xankəndi" daha əvvəl yarımmüdafiəçi Kənan Baxışovu da heyətinə cəlb edib. Onunla da birillik müqavilə imzalanıb.

İdman.Biz