Azərbaycan Premyer Liqası: "Kəpəz" mövsümdə ilk qələbəsini qazanıb - YENİLƏNİB

30 Avqust 2026 20:02
1 134
Azərbaycan Premyer Liqası: "Kəpəz" mövsümdə ilk qələbəsini qazanıb - YENİLƏNİB

Misli Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən "Kəpəz" - "Turan Tovuz" oyunu başa çatdı.

İdman.Biz xəbər verir ki, oyunun taleyini bir qol həll edib. 46-cı dəqiqədə fərqlənin "Kəpəz"in oyunçusu Viktor Stine olub.

19:11

İkinci hissə başlayan kimi "Kəpəz" hesabı açır. Komandanın 46-cı dəqiqədə qolunu Viktor Stine vurub.

19:07

"Kəpəz" - "Turan Tovuz" oyununda ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, ilk hissədə qapılara qol vurulmayıb.

18:52

Misli Premyer Liqasında üçüncü turu çərçivəsində qarşılaşan "Kəpəz" - "Turan Tovuz" oyununda birinci hissə başa çatdı.

İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab açılmayıb.

18:00

Bu gün futbol üzrə Misli Premyer Liqasında üçüncü tura davam edilir.

İdman.Biz xəbər verir ki, "Kəpəz" öz meydanında "Turan Tovuz"u qəbul edir.

Qarşılaşma Gəncə şəhər stadionunda keçirilir. Matçın baş hakimi Kamal Umudludur.

"Kəpəz" yeni mövsümdə bir oyun keçirib və məğlub olaraq xal qazana bilməyib. "Turan Tovuz" isə iki qarşılaşmadan sonra dörd xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

08:00

Misli Premyer Liqasının üçüncü turunun mərkəzi oyununda bu gün “Kəpəz” əzəli rəqibi “Turan Tovuz”u qəbul edəcək.

İdman.Biz xəbər verir ki, turun mərkəzi qarşılaşmas Gəncə şəhər stadionunda keçiriləcək.

Görüş saat 18:00-da başlayacaq.

Qarşılaşmanı Kamal Umudlu idarə edəcək. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Rəşad Əhmədov ehtiyat hakim olacaq.

VAR hakimi Əli Əliyev, AVAR hakimi isə Kamran Bayramov təyin edilib. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

İdman.Biz