Rahil debüt edib, LKS qələbə qazanıb

Xəbərlər
23 Yanvar 2024 18:38
210
Rahil debüt edib, LKS qələbə qazanıb

Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədov yeni klubunda debüt edib.

İdman.biz xəbər verir ki, o, LKS-in heyətində yoxlama matçında "Atırau"ya (Qazaxıstan) qarşı oynayıb.

Antalyada təlim-məşq toplanışına start verən Polşa klubu ilk yoldaşlıq görüşündə qüvvəsinin sınayıb. Ötən həftə komanda ilə 1,5 illik müqavilə bağlayan Rahil start heyətində yer alıb. Qarşılaşma LKS-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə Dankovski vurub.

Qeyd edək ki, Rahilin komandası Antalyada daha 3 yoxlama oyunu keçirəcək. LKS Serbiyanın "Radniçki" (26 yanvar), Cənubi Koreyanın "Qanqvun" (30 yanvar) və Şimali Makedoniyanın "Struqa" (2 fevral) klubları ilə görüşəcək.

İdman.biz

Məqalədə: