“Xankəndi” klubu heyətini futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisi məlumat yayıb.
Müdafiəçi Nihad Tamazov ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, N.Tamazov “Qarabağ”ın yetirməsidir. Ağdam klubundan ayrıldıqdan sonra o, “Şamaxı”, “Qaradağ Lökbatan”, “İmişli” və MOİK komandalarında forma geyinib.
Futbolçu son iki mövsümü MOİK-in heyətində keçirib.
Tamazov Azərbaycanın U-21 millisində də çıxış edib. Müdafiəçinin gənclər yığmasının heyətində 9 oyunu var. O, millinin Fransa və Gürcüstanla keçirdiyi seçmə mərhələ qarşılaşmalarında da iştirak edib.
