Qrossmeyster Aydın Süleymanlıdan Valdas Dambrauskasla bağlı maraqlı paylaşım - FOTO

27 Avqust 2026 16:15
89
Qrossmeyster Aydın Süleymanlıdan Valdas Dambrauskasla bağlı maraqlı paylaşım - FOTO

Azərbaycan çempionu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas onlayn şahmat oynamağı ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, gənc qrossmeyster Aydın Süleymanlı litvalı mütəxəssisin şahmat platformasındakı nəticəsini sosial şəbəkə hesabında paylaşaraq onunla bağlı maraqlı fikrini bölüşüb.

“İndi başa düşürük, niyə həmişə bir gediş qabaqdadır”, - deyə Süleymanlı yazıb.

Qeyd edək ki, Dambrauskasın Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytında 1833 reytinq xalı var. Bu göstərici ən yaxşı həvəskar səviyyə hesab olunur.

Xatırladaq ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” İsrailin “Hapoel” klubunu məğlub edərək UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz