“Şamaxı” “Qəbələ” ilə oyuna itkisiz çıxacaq

27 Avqust 2026 16:46
90
“Şamaxı” “Qəbələ” ilə oyuna itkisiz çıxacaq

Misli Premyer Liqasının üçüncü turunda “Qəbələ” futbol klubunun qonağı olacaq “Şamaxı”nın heyəti ilə bağlı son vəziyyət məlum olub.

“Aslanlar”ın sözçüsü Yusif Hüseynli fanat.az-a bildirib ki, Azər Bağırovun rəhbərlik etdiyi komanda “qırmızı-qaralar”la oyuna itkisiz hazırlaşır.

“Qəbələ” - “Şamaxı” qarşılaşması avqustun 29-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da başlayacaq. Meydan sahibləri əvvəlki iki turda keçirdikləri matçların hər ikisində uduzublarsa, qonaqların hesabında 1 xal var.

İdman.Biz