Bu gün saat 20:00-da UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatması keçiriləcək və “Sabah”ın rəqibləri müəyyənləşəcək.
İdman.Biz bu münasibətlə oxucuları üçün “Telegram” səhifəsində müsabiqə təşkil edir.
“Sabah”ın potensial rəqiblərinin yer aldığı səbətlər belədir:
Birinci səbət: PSJ (Fransa), “Bavariya” (Almaniya), “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Liverpul”, “Arsenal”, “Mançester Siti” (hamısı İngiltərə), “İnter” (İtaliya).
İkinci səbət: “Borussiya” Dortmund (Almaniya), “Roma” (İtaliya), “Sportinq”, “Portu” (hər ikisi Portuqaliya), “Mançester Yunayted”, “Aston Villa” (hər ikisi İngiltərə), “Brügge” (Belçika), “Betis” (İspaniya), PSV (Niderland).
Üçüncü səbət: ”Feyenoord” (Niderland), “Lill” (Fransa), “Budö-Qlimt” (Norveç), “Napoli” (İtaliya), “Leyptsiq” (Almaniya), “Vilyarreal” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Qalatasaray”, “Fənərbağça” (hər ikisi Türkiyə).
Dördüncü səbət: ”Slaviya” (Çexiya), “Slovan” (Slovakiya), “Ştutqart” (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), “Komo” (İtaliya), “Lans” (Fransa), “Vikinq” (Norveç), “Sabah” (Azərbaycan).
Bəs sizcə, Azərbaycan çempionunun eyni səbətdə yer alan bu komandalar arasından rəqibi kim olacaq?
Saat 20:00-a qədər İdman.Biz-in “Telegram” səhifəsində müsabiqədə iştirak edərək “Sabah”ın bu komandalar arasından növbəti rəqibini düzgün təxmin edə bilərsiniz.
İlk düzgün cavab verən 2 iştirakçıya “Sabah”ın növbəti ev oyununa 1 bilet hədiyyə olunacaq.
Qeyd edək ki, saat 20:00-dan sonra göndərilən cavablar müsabiqədə nəzərə alınmayacaq.
