Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinə yeni baş məşqçilər təyin olundu

24 Avqust 2026 15:02
89
Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinə yeni baş məşqçilər təyin olundu

Azərbaycanın futbol üzrə aşağı yaş qruplarından ibarət millilərinin yeni baş məşqçiləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Aleksandr Qross U-15, Famil Xəlilov U-16, Emin Mustafayev U-17, Mahmud Qurbanov U-18, Elgiz Kərəmli U-19 komandasının baş məşqçisi təyin edilib.

Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub.

Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

İdman.Biz
Məqalədə: