Niderlandın “Tvente” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu üçün Bakıya gətirəcəyi azarkeşlərin sayı məlum olub.
Bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə açıqlamasında deyib.
Klub rəsmisi Niderland təmsilçisinin sabah Bakıya 150 azarkeşlə gələcəyini bildirib.
“Tvente” sabah Bakıya gələcək. Azarkeşlər də komanda ilə birlikdə paytaxta səfər edəcəklər”.
Qeyd edək ki, komandalar arasında Niderlandda keçirilən ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
