Bu gün Birinci Liqada mübarizə aparan “Gəncəbasar” futbol klubunun təqdimat mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, tədbirdə bölgə təmsilçisinin baş məşqçisi müəyyənləşib. Komandanın sükanı Elhad Naziriyə tapşırılıb.
Tədbirdə çıxış edən mütəxəssis komandanın qarşıdakı planlarından danışıb:
“Klub rəhbərliyindən təklif gəldi, oturub danışdıq. Rəhbərliklə klubun planlarını müzakirə etdik. İlk hədəfimiz daha yuxarı pillələr uğrunda mübarizə aparmaq və çempionluq idi. Lakin vaxt və futbolçuların toplanması baxımından müəyyən problemlər yarandı. Planımız gənclərdən ibarət yaxşı komanda qurmaqdır. Yaxşı “Gəncəbasar” görəcəksiniz. Gəncləri Azərbaycan futboluna qazandırmaq istəyirik”.
Qeyd edək ki, Birinci Liqada çıxış edən “Cəbrayıl” klubunun sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.
