“Qarabağ”ın rəqibindən əzimkar qələbə - VİDEO

Xəbərlər
19 Yanvar 2024 01:06
249
“Qarabağ”ın rəqibindən əzimkar qələbə - VİDEO

“Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” əzimkar qələbə qazanıb.

İdman.biz xəbər verir ki, komanda 18-ci turda səfərdə “Famalikao”nu 2:1 hesabı ilə məğlub edib.

Fasilədən sonra hesabı meydan sahibləri penalti zərbəsi ilə açıblar. 73-cü dəqiqədə bərabərlik qolunu vuran “Braqa” son anlarda ikinci dəfə sevinib. Jorje Arturun yetirmələri hakimin əsas vaxtına əlavə etdiyi 11-ci dəqiqədə qələbə topunu rəqib qapısından keçiriblər. Son iki turda qələbə qazanan bilməyən “Qarabağ”ın rəqibi uğursuz seriyaya son qoyub. 18 oyundan sonra hesabında 36 xal olan braqalılar 4-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

İdman.biz