Niderlandlı mütəxəssis: “AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var”

20 İyul 2026 17:47
350
Niderlandlı mütəxəssis: “AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var”

“İnkişaf üçün çox iş görmək lazımdır. Uğur istəyiriksə, bir olmalıyıq. Hər kəs qısa zamanda uğur əldə etmək istəyir. Amma futbolda bu mümkün deyil”.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın texniki direktoru Edmond Klaus Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə “Sabahın Ulduzları” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyası və imza mərasimində çıxışı zamanı deyib.

Niderlandlı mütəxəssis bildirib ki, AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var:

“Bunu davam etdirmək lazımdır. “Sabahın Ulduzları” adı mənə xoş gəlir. Vaxtilə “Qəbələ” Futbol Klubu buna uyğun beynəlxalq yarış təşkil edirdi. Təəssüf ki, hazırda bu turnir keçirilmir. Uşaq futbolunun inkişafı üçün klublar da müəyyən işlər aparmalıdır. Azərbaycan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edir. Ölkəniz diqqət mərkəzindədir”.

İdman.Biz