Peşəkar Futbol Liqasında (PFL) yeni prezidentin seçiləcəyi tarix bəlli olub.
İdman.Biz xəbər verir ki, qurumun rəhbər seçkiləri iyulun 24-də keçiriləcək. Bununla bağlı artıq Azərbaycan klublarına məlumat verilib.
Hazırda PFL prezidentliyinə namizəd kimi təşkilatın hazırkı rəhbəri Elxan Səmədov göstərilir.
Yığıncağın gündəliyində Peşəkar Futbol Liqasının İctimai Birliyinin hesabatının dinlənilməsi, icra orqanının seçilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Premyer Liqası, Birinci Liqa və İkinci Liqa klublarının nümayəndələri iştirak edəcək. Görüş zamanı klubların təklif və fikirləri də nəzərdən keçiriləcək.
