2026/2027 mövsümü öncəsi qadın klubları ilə görüş keçirilib

14 İyul 2026 17:11
128
2026/2027 mövsümü öncəsi qadın klubları ilə görüş keçirilib

AFFA-nın bayrağı altında 2026/2027 mövsümündə qadın liqalarında iştirak edəcək komandaların nümayəndələri ilə görüşlər keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Zaqatala, İsmayıllı və Gəncədə təşkil edilən görüşlərdə AFFA-nın qadın futbolu üzrə texniki direktoru Emrah Aykurt və Qadın Futbolu Departamentinin liqalar üzrə əməkdaşları iştirak ediblər.

Ötən mövsümdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb, komandalar arasında öncədən aparılmış elektron sorğuda qeyd olunan təkliflər müzakirə olunub. Qadın liqalarında növbəti mövsümün formatı, eləcə də qarşıdakı mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib. Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların koordinatorları və liqaların region nümayəndələri növbəti görüşlərə dəvət olunub.

İdman.Biz