PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO

14 İyul 2026 12:37
52
PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib - FOTO

Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib.

İdman.Biz xəbər verir ki, ənənə halını almış turnir beşinci dəfə baş tutub.

Budəfəki yarışda 80-ə yaxın media nümayəndəsi iştirak edib. Komandalara Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Yekunda “Şamaxı” komandası qalib, “Sabah” ikinci, “Kəpəz” üçüncü olub.

Tədbirin sonunda “Şamaxı” komandasına medallar və kubok təqdim edilib. Həm qaliblər, həm də ikinci və üçüncü yerlərin sahibləri pul mükafatına layiq görülüb. Yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən dörd komandanın üzvlərinə xatirə mükafatları verilib.

İdman.Biz