“Sumqayıt” Antalyadan qələbə ilə qayıdır - YENİLƏNİB

Xəbərlər
16 Yanvar 2024 18:40
358
“Sumqayıt” Antalyadan qələbə ilə qayıdır - YENİLƏNİB

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Sumqayıt” bu gün son yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, Samir Abasovun yetirmələri Antalyada ikinci sınağına çıxıb.

“Gənclik şəhəri” təmsilçisi Özbəkistanın “Soqdiana” klubu ilə görüşüb. Yanvarın 6-dan Türkiyədə olan “Sumqayıt” təlim-məşq toplanışını qələbə ilə başa vurub – 3:1.

Qeyd edək ki, “Sumqayıt” Antalyadakı ilk oyununda Rumıniyanın “Hermanştadt” klubuna 0:3 hesabı ilə uduzub.

Yoxlama oyunu
16 yanvar
17:00. “Sumqayıt” – “Soqdiana” (Özbəkistan) – 3:1

Qollar: İssa Suliman, 35, Rövlan Muradov, 57, Kamran Quliyev, 68

-----

09:50

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Samir Abasovun yetirmələri Antalyada ikinci sınağına çıxacaq.

“Gənclik şəhəri” təmsilçisi Özbəkistanın “Soqdiana” klubu ilə görüşəcək. Yanvarın 6-dan Türkiyədə olan “Sumqayıt” təlim-məşq toplanışını bu matçla başa vuracaq.

Qeyd edək ki, “Sumqayıt” Antalyadakı ilk oyununda Rumıniyanın “Hermanştadt” klubuna 0:3 hesabı ilə uduzub.

Yoxlama oyunu
16 yanvar

17:00. “Sumqayıt” – “Soqdiana” (Özbəkistan)

Məqalədə: