“Sumqayıt” FK yeni baş məşqçisini Portuqaliyada tapıb

1 İyul 2026 13:43
78
“Sumqayıt” FK yeni baş məşqçisini Portuqaliyada tapıb

“Sumqayıt” futbol klubu hələ də yeni baş məşqçisini seçməyib. Saşa İliçlə vidalaşan “kimyaçılar” bir aydır axtarışdadır.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, klubun prezdenti Riad Rəfiyev axtardığını Portuqaliyada tapıb. Amma adı gizli saxlanılan əcnəbi mütəxəssislə danışıqlar yekunlaşmayıb. Yaxın günlərdə bütün detallar dəqiqləşəcək və rəsmi müqavilə bağlanacaq.

Yeni təyinatın bu qədər yubanmasında Jorj Kaşkilyanın da rolu olub. “İmişli”dən istefaya göndərilən mütəxəssisin “Sumqayıt”a rəhbərlik etmək variantı var idi. Lakin o, Rəfiyevlə razılığa gələ bilməyib.

Problem komanda quruculuğuna yanaşmada olub. Kaşkilya istədiyi bəzi oyunçuların transferində israr edib, Riad Rəfiyev isə bütün oyunçuları özünün seçəcəyini bildirib. Bu səbəbdən uzun müzakirələr müsbət nəticə verməyib.

İdman.Biz