“Turan Tovuz” futbol klubundan ayrılan Şəhriyar Əliyev legioner həyatı yaşaya bilər.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçuya ölkə xarici klublarından təklif var.
Yerli klublardan təklif alan Əliyev legioner həyatı yaşamağa üstünlük verəcəyi gözlənilir. Ona Özbəkistan yüksək liqasında yarışan klublardan təklif var.
Əgər danışıqlar müsbət yekunlaşsa, millimizin sabiq üzvü yeni mövsümə məhz Asiyada başlayacaq.
