“Səbail” hazırlığa “Fakel”lə yekun vuracaq

Xəbərlər
14 Yanvar 2024 15:34
193
“Səbail” hazırlığa “Fakel”lə yekun vuracaq

“Səbail” qış təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, komanda sabah Rusiya Premyer Liqası təmsilçisi “Fakel”lə qarşılaşacaq.

Matç yerli vaxta 17:00-da (Bakı vaxtı ilə 18:00), “Miracle Resort” hotelinin idman mərkəzində keçiriləcək.

Qeyd edək ki, “Səbail”ın “Universitatea Kluj”la (Rumıniya) keçirilən ilk yoxlama oyununda qapılara qol vurulmayıb.

İdman.biz

Məqalədə: