“Araz-Naxçıvan”ın futbolçusu Rövlan Muradov dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Bu barədə danışan yarımmüdafiəçi mundialdakı favoritini açıqlayıb.
O, Portuqaliya millisinə azarkeşlik etdiyini bildirib.
“Ümid edirəm ki, bu komanda finala vəsiqə qazanacaq və turnirin qalibi olacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
