“Səbail” futbol klubunda növbəti ayrılıq reallaşıb

25 İyun 2026 15:23
85
“Səbail” futbol klubunda növbəti ayrılıq reallaşıb

Birinci Liqa təmsilçisi “Səbail” futbol klubunda növbəti ayrılıq reallaşıb.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, qapıçı Rəşad Əzizli komandanı tərk edib.

Təcrübəli qolkiperlə başa çatan müqavilə yenilənməyib. Bildirilib ki, yeni baş məşqçi Elnur Abdullayev futbolçunun komandada qalmasına ehtiyac duymayıb və tərəflər yollarını ayırıb.

Qeyd edək ki, 32 yaşlı qapıçı 2025-ci ilin yayından etibarən Bayıl təmsilçisinin formasını geyinirdi.

İdman.Biz