“Xankəndi” FK baş məşqçi ilə bağlı qərarını verib

25 İyun 2026 13:23
9
“Xankəndi” FK baş məşqçi ilə bağlı qərarını verib

Birinci Liqaya vəsiqə qazanan “Xankəndi” futbol klubu baş məşqçisi Zaur Hacıyev ilə müqaviləni uzatmağa hazırlaşır.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi ötən mövsüm komandanı İkinci Liqada çempion edən mütəxəssisi saxlamaq niyyətindədir.

Artıq tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunub. Yaxın günlərdə müqavilənin müddətinin artırılması rəsmən açıqlanacaq.

Qeyd edək ki, “Xankəndi” ötən mövsümü İkinci Liqada çempionluğu bayram edib və Birinci Liqaya vəsiqə qazanıb.

İdman.Biz