AFFA-nın texniki direktoru gənc futbolçuları izləyib - FOTO

18 Avqust 2026 19:10
96
AFFA-nın texniki direktoru gənc futbolçuları izləyib - FOTO

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) texniki direktoru, niderlandlı futbol mütəxəssisi Edmond Klaus Bayıl stadionunda yerləşən Futbol İnkişaf Mərkəzində olub.

İdman.Biz xəbər verir ki, o, “Sabahın ulduzları” Bakı Kuboku çərçivəsində keçirilən qarşılaşmaları stadiondan canlı izləyərək gənc futbolçuların oyununu və inkişaf potensialını müşahidə edib.

Edmond Klausun rəhbərliyi altında fəaliyyət göstərən seleksiya qrupu U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti üçün namizədlər seçir.

“Sabahın ulduzları” Bakı Kuboku AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilir.

Qeyd edək ki, stadion əsaslı təmirdən sonra bu mövsümdən etibarən uşaq və gənclər futbolunun istifadəsinə verilib.

İdman.Biz