Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) kadr dəyişikliyi olub.
İdman.Biz-in əldə etdiyi məlumata görə, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov vəzifələrindən azad ediliblər.
Onların hansı səbəbdən vəzifələrindən uzaqlaşdırıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçusu Fərrux İsmayılov 2020-ci ildən Kütləvi Futbol Departamentinə rəhbərlik edirdi.
Mediada yayılan bir başqa məlumatda iddia edilir ki, yaxın günlərdə federasiyanın Media departamentində də ixtisarlar həyata keçiriləcək. Yeni mətbuat katibinin təyin ediləcəyi, bu vəzifəyə “CBC Sport”un əməkdaşı Aidə Əliyevanın gətiriləcəyi barədə məlumat yayılıb.
İdman.Biz-in əldə etdiyi məlumata görə, bu xəbər həqiqəti əks etdirmir və saxta məlumatdır.
