“Araz-Naxçıvan” yerli futbolçu ilə vidalaşıb - YENİLƏNİB

25 İyun 2026 13:17
493
“Araz-Naxçıvan” yerli futbolçu ilə vidalaşıb - YENİLƏNİB

“Araz-Naxçıvan” futbolçusu Urfan Abbasovla başa çatan müqavilənin müddətini yeniləməyib.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

2024-cü ildən “Araz-Naxçıvan”da çıxış edən 33 yaşlı cinah müdafiəçisi komandanın kapitanı idi.

Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalamayıb.

11:08

“Araz-Naxçıvan” klubu növbəti futbolçu transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Rövlan Muradov yeni mövsümdə komandanın formasını geyinəcək. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.

“Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

İdman.Biz