“Səbail” FK millinin sabiq qapıçısını transfer edib

25 İyun 2026 10:53
372
“Səbail” FK millinin sabiq qapıçısını transfer edib

“Səbail” futbol klubu Azərbaycan millisinin da formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

34 yaşlı qolkiperlə “1+1” illik müqavilə imzalanıb.

Rusiyanın “Anji” klubunun yetirməsi olan qapıçı ölkəmizdə “Sumqayıt” və “Zirə”də çıxış edib.

Qeyd edək ki, M.Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.

İdman.Biz