Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının məşqçiləri ilə görüşüb - FOTO

20 Noyabr 2026 10:47
66
Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının məşqçiləri ilə görüşüb - FOTO

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ilə “Neftçi” Futbol Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, “Palms Sports” Futbol Mərkəzində baş tutan tədbirdə uşaq futbolu, infrastruktur və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonda “Neftçi” Futbol Akademiyasının komandalarına uğurlar arzulanıb.

İdman.Biz