“İmişli” növbəti mövsüm rəqiblərini Qubada qəbul etməyəcək”.
Bunu Premyer Liqa təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.
“Növbəti mövsüm ev oyunlarımızı Qubada keçirməyəcəyimiz böyük ölçüdə dəqiqləşib. Çünki orada olan texniki problemlər həll olunmayıb və görünən odur ki, bu istiqamətdə təşəbbüs yoxdur. Kompleksin qazonunun əsas problemi drenaj sisteminin yoxluğudur. Üzləşdiyimiz çətinliklə bağlı rəqib komandalardan iradlar olurdu.
Müzakirə edirik, yəqin ki, Ağzu variantına üstünlük veriləcək. İndiki halda ən münasibi məhz budur. Amma Yevlax variantı da ola bilər. Yaxın günlərdə harada məskunlaşacağımız barədə qərar veriləcək”, - deyə o, fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, “İmişli” Premyer Liqadakı debüt mövsümündə - 2025/2026-da ev oyunlarını əvvəlcə (üç tur ərzində) Şamaxıda, daha sonra isə Quba Olimpiya Kompleksində keçirib.
