“Turan Tovuz”un hücumçusu komandanı tərk edə bilər

17 İyun 2026 14:28
88
“Turan Tovuz”un hücumçusu komandanı tərk edə bilər

“Turan Tovuz”un hücumçusu Jo Batista komandanı tərk edə bilər.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, qərb təmsilçisinin forvardı qərarını dəyişib.

Öncədən Batişta yeni mövsümə “Turan Tovuz”da başlamaq qərarı vermişdi. O, təklifləri geri çevirərək, hazırkı komandasında qalmaq istəyirdi. Lakin komandanın avrokuboklara buraxılmamasından sonra təklifləri dəyərləndirmək istəyinə düşüb.

Onun xidmətində BƏƏ, Asiya klubları ilə yanaşı Azərbaycandan da bir komanda maraqlıdır. Məlumata görə, Jo Batiştanın “Turan Tovuz”la bir illik müqaviləsi qüvvədə olsa da, o, komandanı tərk edə bilər.

31 yaşlı forvard “Moqi Mirim”, “Kapivariano”, “Linense”, “Yuventus-SK”(hamısı Braziliya), “Mito”(Yaponiya),”Sportinq Kovilya”, “Çaveş”(hər ikisi Portuqaliya) klublarının formasını geyinib.

İdman.Biz