Azərbaycanlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək

17 İyun 2026 12:12
304
Azərbaycanlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov karyerasını Rumıniyada davam etdirəcək.

İdman.Biz xəbər verir ki, “Petrolul” klubu 23 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.

Oyunçu ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Petrolul" Rumıniyanın ən tanınmış və titullu klublarından biridir. Ployeşti şəhərini təmsil edən komanda ölkə çempionatının ən yüksək divizionu olan Rumıniya Superliqasında çıxış edir. Klub ev oyunlarını 15 mindən çox tamaşaçı tutumuna malik "İliye Oane" stadionunda keçirir.

"Petrolul" 2025/2026 mövsümündə Rumıniya Superliqasının müntəzəm çempionatını 12-ci pillədə başa vurub. Yarışın reqlamentinə əsasən, iki dövrədən sonra 16 komanda iki qrupa bölünür. İlk altı yeri tutan kollektiv çempionluq uğrunda pley-off mərhələsində mübarizəni davam etdirir, qalan on komanda isə elitada qalacaq iştirakçıların müəyyənləşdiyi pley-aut mərhələsində çıxış edir.

"Petrolul" pley-aut qrupunda mübarizə aparıb və mövsümü öz yarımqrupunda altıncı sırada tamamlayıb.

Klub tarixində bir neçə dəfə Rumıniya çempionu olub və ölkə futbolunun ənənəvi təmsilçilərindən hesab edilir. Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov karyerasını məhz bu komandada davam etdirəcək.

Xatırladaq ki, Cəlal Hüseynov son olaraq Bolqarıstanın “Arda” klubunda çıxış edib.

İdman.Biz