“Neftçi” Saşa İliçin klubu ilə qarşılaşacaq

16 İyun 2026 22:43
95
“Neftçi” Saşa İliçin klubu ilə qarşılaşacaq

“Neftçi” PFK-nın 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

İdman.Biz bildirir ki, komandanın iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsi iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq komandamız bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq. Qeyd edək ki, bu klubun yeni baş məşqçisi "Sumqayıt"ın eks-çalışdırıcısı Saşa İliçdir.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

İdman.Biz