“Alanyaspor”un futbolçusu Joau Novaiş karyerasını Azərbaycanda davam etdirə bilər.
31 yaşlı portuqaliyalı yarımmüdafiəçi İdman.bizə müsahibəsində ölkəmizdən alacağı təkliflərə açıq olduğunu bildirib.
Azərbaycan klublarına keçidin əleyhinə olmayan pireneyli belə variantları nəzərdən keçirəcək: “Hələ ki, heç bir təklif almamışam. Amma təbii ki, təkliflərə açığam. Gələcəkdə belə bir şey olsa, mütləq nəzərə alacağam”.
Qeyd edək ki, Joau Türkiyə klubuna qədər Portuqaliyada “Leyşoeş”, “Rio Ave”, “Braqa”, BƏƏ-də “Əl-Batih”in formasını geyinib.
Emin Ağa
İdman.biz