Azərbaycan millisinin Bakıdakı oyunlarına 9 gün vaxt ayrılıb

Xəbərlər
12 Yanvar 2024 16:57
233
Azərbaycan millisinin Bakıdakı oyunlarına 9 gün vaxt ayrılıb

Azərbaycan milli komandasının iştirak edəcəyi “FİFA series” mini turnirinin ilkin tarixi bəllidir.

İdman.biz xəbər verir ki, yeni layihənin FİFA təqvimində olan rəsmi yoldaşlıq oyunları üçün ayrılan pəncərədə baş tutacaq.

Bu dövr martın 18-26-nı əhatə edir. Yığmalar yoldaşlıq görüşlərini həmin müddətdə keçirə bilər.

AVRO-2024-ün pley-off mərhələsinin görüşlərinin keçiriləcəyi həmin tarixdə Bakıda “FİFA series”in matçları təşkil olunacaq. Azərbaycan yığması Bolqarıstan, Tanzaniya və Monqolustanla mübarizə aparacaq.

FİFA təqvimində hər komandanın bu 9 gün müddətində iki matç keçirməsi nəzərdə tutulub. Bu isə turnirin yarımfinal, final və 3-cü yer uğrunda matçdan ibarət olması deməkdir. Amma dairəvi sistemə üstünlük verilməsi və hər komandanın üç dəfə meydana çıxması da istisna deyil.

Qeyd edək ki, millimiz bu ilin payızında Millətlər Liqasında qüvvəsini sınayacaq.

İdman.biz

Məqalədə: