“Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev üçün “Qarabağ” klubuna rəsmi təklif gəlməyib”.
Bu barədə 25 yaşlı cinah müdafiəçisinin agenti Tural Əsgərov məlumat verib.
O, oyunçunun gələcək karyerası ilə bağlı məsələyə münasibət bildirib.
“Elvin Cəfərquliyevlə bağlı açıqlanacaq bir yenilik yoxdur. Bu günə kimi rəsmi təklif gəlməyib”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.
