“Sabah” CAR millisinin oyunçusunu transfer edib - VİDEO

9 İyun 2026 23:24
108
“Sabah” CAR millisinin oyunçusunu transfer edib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz kluba istinadən bildirir ki, “Sabah” Cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə bağlanıb.

Gənc futbolçu Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu “Kayzer Çifs” klubunun yetirməsidir. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdür.

İdman.Biz